"Neftçi"nin rəqibi adaşı ilə qarşılaşacaq

11:33 - 22 İyun 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" (Kipr) yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Sportal.az xəbər verir ki, Limassol təmsilçisi Yunanıstanın "Aris" (Saloniki) komandası ilə üz-üzə gələcək. Matç iyulun 7-də baş tutacaq.


Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk matçını iyulun 21-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Xəbər xətti