"İnter" "Çelsi" ilə razılıq əldə etdi

17:52 - 22 İyun 2022

“Çelsi” və “İnter” Romelu Lukaku məsələsində ortaq məxrəcə gəlib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Milan klubu belçikalını icarəyə götürüb.

Bunun üçün isə “nerazzura” qarşı tərəfə 8 milyon avro ödəyəcək.

Növbəti bir ili icarə əsasında “İnter”də keçirəcək Lukaku özü də “Çelsi”dən ayrılmaq istəyib və buna görə də keçid daha asan olub.

​Bir il bundan əvvəl “Çelsi” 113 milyon avroya Lukakunu “İnter”dən transfer etmişdi.

Xəbər xətti