"Ayaks"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam klubu Alfred Sxröderlə müqavilə imzalayıb. O, qarşıdakı iki il ərzində "Ayaks"a rəhbərlik edəcək.
50 yaşlı məşqçi "Mançester Yunayted"ə yollanan Erik ten Haqı əvəzləyib.
"Ayaks"ın yeni baş məşqçisi son olaraq "Brügge"ni çalışdırıb.