"O, hamımızı axmaq hesab edir, hətta yalanlarına inanır"

La Liqanın rəhbəri Xavyer Tebas PSJ-nin prezidenti ilə bağlı açıqlama verib.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, funksioner Paris təmsilçisinin rəhbərliyi barəsində məsələyə belə münasibət bildirib:

"Əl-Xelaifi başqa səviyyədədir! O, hamımızı axmaq hesab edir, hətta yalanlarına inanır. Çox təkəbbürlü insandır! Biz heç kəsi aldatmadan davamlı futbol uğrunda mübarizəyə davam edəcəyik".

Qeyd edək ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi "Marca"ya açıqlamasında, "Real"ın Mbappeyə etdiyi təklif bizimkindən daha yüksəkdi" deyərək diqqətləri üzərinə cəlb etmişdi. 

Tarix: 22 İyun [22:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio