Azərbaycanlı futbolçu Türkiyədə oynamayacaq, Premyer Liqaya qayıdır

Ötən mövsümü Türkiyədə birinci liqa təmsilçisi "Keçiörengücü"ndə oynayan Vüsal İsgəndərli yeni mövsümə böyük ehtimalla Azərbaycan Premyer Liqasında başlayacaq.

Sportal.az saytına verilən məlumata görə, Türkiyə klubları ilə danışıq aparan və maddi məsələlərə görə razılıq əldə edə bilməyən vinger yeni mövsümə Azərbaycanda başlayacaq.

İsgəndərli artıq Premyer Liqada mübarizə aparan klublarla danışıqlara start verib. Onun hansı klubda oynayacağı isə bir neçə günə konkretləşəcək.

Tarix: 22 İyun [22:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio