Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat aldı

10:33 - 23 İyun 2022

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Sportal.az xəbər verir ki, o, Bosniya və Herseqovinada "Borats" və Farer adalarının "B-36 Torşavn" komandaları arasında Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Namiq Hüseynov və Cavanşir Yusifov ona kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Matç iyulun 7-də baş tutacaq.

Xəbər xətti