"Məşqlərimiz hələ başlamayıb. Yaxın vaxtlarda məşqlər başlayacaq və yeni sezona hazırlaşacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Turan Vəlizadə deyib.
Müqavilə ilə "Neftçi"yə məxsus olan yarımmüdafiəçi "Turan Tovuz"la anlaşıb. Yeni mövsüm Tovuz klubunda icarə əsasında oynayacaq gənc futbolçu fikirlərinə belə davam edib: "Düzünü desəm, "Turan Tovuz"dan savayı başqa təkliflərim var idi. Amma seçimimi bu klubdan yana etdim. Çalışacağıq ki, “Turan Tovuz”u layiqincə təmsil edək. Əlimdən gələnin ən yaxşısını edəcəm. Klubun layiq olduğu yerlər ən yüksək pillələrdi"..
Vəlizadənin fikrincə, “Neftçi”yə yeni baş məşqçinin gəlməsi onun "Turan Tovuz"a keçidinin qarşısını almayacaq: "Bu haqda heç bir məlumatım yoxdu. Amma açığı deyim ki, belə bir şeyin olacağını düşünmürəm".