Yeni mövsümdən birinci divizionda çıxış edəcək klublardan biri də "İmişli" olacaq.
Eyniadlı rayonun təmsilçisi olan komandanın "sükanı" Ruhid Usubova tapşırılıb. O, İmişli futbolunun yetirməsidi. Gənc məşqçi futbolçu kayerası ərzindən "Lokomotiv"(İmişli), "MKT-Araz", “İnter”, MOİK, “Simurq” kimi klubların şərəfini qoruyub. Butslarını mismardan asandan sonra isə məşqçi kimi İmişlidə uşaq futbolunda çalışan Usubov həm də rayonun əsas komandasının baş məşqçisi olacaq.
O, komandanın yeni mövsümə hazırlığı və rayondakı uşaq futbolundan söhbət açıb.
- Böyük futbol yenidən İmişliyə qayıdır. Komandanın birinci divizonla bağlı hazırlığı necə gedir? Hər halda böyük futbola qayıtmağın sevincini yaşayırsınız?
- Çoxdandır ki, İmişli böyük futbolu böyük həsrətlə və səbirsizliklə gözləyirdi. Şükürlər olsun ki, əziyyətimizin bəhrəsini gördük. Yeni rəhbərliklə, yeni düşüncələrlə, sağlam heyətlə İmiş futboluna yeni nəfəs gələcək. Hər şeyin çox yaxşı olacağına çalışacağıq.
- Rayon əhalisi necə hazırlaşır buna? Yəqin ki, insanlar da səbirsizliklə oyunları gözləyir?
- Rayonda bizə maraq daha da böyükdü. Hətta insanlar gəlir məşqlərimizi də izləyir. Məşq zamanı da bizə dəstək olurlar. Onlar da oyunları maraqla gözləyir. Çalışacağıq ki, İmişli camaatını qələbələrimizlə sevindirək.
- Klub olaraq gələcək planlarınız hansıdı?
- Ölkədə sanki futbolçu qıtlığı yaşanır. Belə vəziyyətdə heyəti istədiyiniz kimi komplektləşdirə biləcəksiniz?
- Matçlarınızı İmişlidəki şəhər stadionunda keçirəcəksiniz? Stadionun həm ot örtüyünü, həm də oturacaqlarını, ümumilikdə, əl gəzdiriləcək?
- Komandanın birinci divizionda qarşısına qoyulan məqsəd nədən ibarətdi?
- Dediyim kimi, məqsədimiz İmişlidə futbolun daha yaxşı olmasına çalışmaqdı. Ümumilikdə isə, gələcək 3-5 il üçün "İmişli"ni Premyer Liqaya hazırlamaqdı. Bunun üçün isə dayanmadan, yorulmadan işləyəcəyik. Əvvəllər də rayonumuzun Premyer Liqada iştirakçıları olub. Biz də yenidən Premyer Liqada iştirak etmək üçün işimizi quracağıq. Bugünkü gündə isə biz İmişlidə döyüşkən gənclərdən ibarət, hər bir rəqibə başağrısı olacaq kollektiv quracağıq.
- Maariflənmə baxımından nələr edirsiniz?
- İndi C kateqoriyasına sahibəm. Ancaq elmimi və biliklərimi artırmaq üçün B kurslarına oxuyuram. Təbii ki, özüm də məşqçi kimi də irəliləmək, daha yüksək kateqoriyalara malik olmaq istəyirəm.
- Yeni mövsümdən birinci divizionda bölgə klubları çoxluq təşkil edəcək. Bu, futbolçuların inkişafında böyük önəm kəsb edir?
- Əlbəttə ki, bu, sevindirici haldı. Şadam ki, bölgə komandaları çoxdu. Bilirsiz, futbol bölgələrdə nə qədər çox olsa, biz daha yaxşı inkişaf edəcəyik.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI III
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.