Portuqaliyalı vinger daha 5 il "Liverpul"da

17:10 - 2 Avqust 2022

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi Dieqo Jota ilə sözləşmənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Portuqaliya millisinin üzvü ilə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Dieqo Jota "Liverpul"a 2020-ci ilin yayında "Vulverhempton"dan transfer olunub. 25 yaşlı vinger son mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 55 matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti