"Rapid"in kapitanı: "Evə 0:2 hesablı məğlubiyyətlə qayıtmaq üzücü olardı"

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"in kapitanı Qvido Burqştaller Avstriya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, "Derstandart"a açıqlama verən təcrübəli hücumçu Bakıdakı görüşlə bağlı bunları deyib:

​"İlk yarıda pis oynadıq, öz futbolumuzu göstərmədik. Birinci hissədə çox problemimiz var idi. Matçın son dəqiqəsində qol vurmağımız bizi sevindirir. Bu, çox vacib idi. Cütün taleyi məsələsi hələ də açıq qalıb. Evə 0:2 hesablı məğlubiyyətlə qayıtmaq çox üzücü olardı. Öz meydanımızda biz daha yaxşı oynamalıyıq. Buna gücümüz çatar".

Tarix: 5 Avqust [11:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2022
11  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio