Paytaxt klubu 11 milyon avro qazanacaq

11:38 - 5 Avqust 2022

Cordan Veretu "Roma"dan ayrılıb.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, karyerasını "Marsel"də davam etdirəcək.

İki klub arasında razılıq əldə edilib.

29 yaşlı futbolçunun keçidinə görə "Roma"ya 11 milyon avro ödəniləcək.

Fransalı 2019-cu ildən "Roma"da oynayırdı.

Xəbər xətti