"Qarabağ" ilk tura itkilərlə çıxacaq

13:34 - 5 Avqust 2022

“Qarabağ” Premyer Liqanın ilk turunda “Səbail”lə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Ağdam klubu bu matça itkilərlə çıxacaq. Bu görüşdə “Qarabağ”ın kapitanı Maksim Medvedev komandaya kömək edə bilməyəcək.

​Bu oyunu Ağdam klubunun digər müdafiəçisi Kevin Medina da buraxacaq. 

“Qarabağ” – “Səbail” matçı sabah “Azərsun Arena”da saat 20:00-da start götürəcək.

 

Xəbər xətti