"Atalanta" heyətini gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Berqamo klubu "Leypsiq"də oynamış Ademola Lukmanı transfer edib.
24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Transferə görə Almaniya klubuna 9 milyon avro ödənilib.
Lukman "Çarlton", "Everton", "Fulhem", "Lester"də oynayıb. O, Nigeriyanın əsas millisində oynayır.