"Qarabağ" - "Səbail" matçının biletləri satışa çıxarılacaq

15:35 - 5 Avqust 2022

Azərbaycan Premyer Liqasının birinci turunda keçiriləcək “Qarabağ” – “Səbail” matçının sabah satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat olacaq.

Matça gəlmək istəyən azarkeşlər biletləri Iticket.az-da və "Azersun Arena"nın kassalarında əldə edə biləcək. 

Matç saat 20:00-da başlayacaq.

Xəbər xətti