"Zenit"dən ayrılan futbolçunun hansı klubumuzda oynamaq variantı olub?

15:56 - 5 Avqust 2022

Rusiya millisinin üzvü Maqomed Ozdoyev karyerasını Azərbaycanda davam etdirməyə yaxın olub.

Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı futbolçuya Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda oynamaq təklif edilib.

Əslində, futbolçu bu varianta müsbət yanaşıb.

Lakin maddi məsələlərə görə Ozdoyev Premyer Liqada oynamaq istəməyib.

Mənbənin iddiasına görə, yarımmüdafiəçinin xidmətində maraqlı olan klublardan biri də “Neftçi” imiş.

Xatırladaq ki, Ozdoyev "Zenit"dən ayrıldıqdan sonra "Fatih Karagümrük"lə anlaşıb. 

Xəbər xətti