Türkiyə klubu fransalı ilə anlaşdı

16:32 - 5 Avqust 2022

"Alanyaspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi fransalı yarımmüdafiəçi Arnaud Lusambanı heyətinə qatıb.

25 yaşlı futbolçu ilə üç illik müqavilə imzalanıb.

Onun sonuncu komandası "Amyen" olub.

Lusamba “Nitsa”, “Serkl Brügge” və “Nansi”də də çıxış edib. 

Xəbər xətti