"Malmö"nün futbolçusu Məhəmməd Buya Turay öz toyunda iştirak edə bilməyib.
Sportal.az xəbər verir ki, buna səbəb İsveç klubunun 27 yaşlı hücumçuya icazə verməməsi olub. Təcrübəli qolçunun əvəzinə toyunda onun qardaşı iştirak edib.
Sierra leoneli qolçu məsələ ilə bağlı açıqlama verib. Futbolçu toyda onu qardaşının təmsil etdiyini deyib:
"Şəkilləri öncədən çəkdirmişdik. Yəni oradayam kimi görünürəm. Amma əslində toyda yox idim. Qardaşım toyumda məni təmsil etmək məcburiyyətində qaldı".
Qeyd edək ki, Məhəmməd Buya Turay "Malmö"yə yay transfer pəncərəsi zamanı "Lonqmen" klubundan transfer olunub. O, İsveç klubunun heyətində bir matçda meydana çıxıb.
saytlarin hazirlanmasi