Millimizin keçmiş üzvü "Eyndhoven"ə transfer oldu - FOTO

Azərbaycan milli komandasının keçmiş futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Telstar"dan Niderland II Liqasında mübarizə aparan "Eyndhoven"ə transfer olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Ozan Canla 2 illik müqavilə imzalanıb. "Eyndhoven"in bu transfer üçün qarşı tərəfə 100 min avro ödədiyi bildirilir.

 

Qeyd edək ki, Ozan Can Kökçü 2021-ci ilin yayından "Telstar"da çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 29 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Tarix: 6 Avqust [15:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio