Niderland klubunun rəsmisi Ozan Can haqda danışdı

16:18 - 6 Avqust 2022

Niderlandın "Eyndhoven" klubunun texniki direktoru Mark Çipers yeni transfer etdikləri Ozan Can Kökçü haqda danşıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi 24 yaşlı yarımmüdafiəçini xeyli müddətdir izlədiklərini deyib:

 

"Ötən mövsüm Ozan Can Kökçü "Telstar"la oyunlarda bizi müsbət mənada təsirləndirdi. O andan etibarən biz onu daha yaxından izlədik. İndi Ozanın klubda olmasından şadam. O, özünün spesifik futbol keyfiyyətləri ilə oynamaq istədiyimiz sistemə yaxşı uyğunlaşır”.

 

Qeyd edək ki, "Telstar"dan "Eyndhoven"ə keçən Ozan Can Kökçü yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib.

Xəbər xətti