"Mançester Siti" iki futbolçusunu icarəyə göndərdi

13:17 - 7 Avqust 2022

"Mançester Siti" daha iki futbolçusunu icarəyə göndərib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Slobodan Tediç "Barnsli"yə, Ceyms Makatini isə "Şeffild Yunayted"ə yollanıb. 

Onlar növbəti mövsümü adıçəkilən klublarda keçirəcək.

Tediç 2020-ci ildə "Çukariçki"dən 3 milyon avroya transfer edilib. Makati isə Mançester təmsilçisinin yetirməsidi.

Xəbər xətti