"Qalatasaray"ın müdafiəçisinə 18 milyon avroluq təklif

"Qalatasaray"dan Markaonu transfer edən "Sevilya" İstanbul təmsilçisinin daha bir futbolçusuna "elçi düşüb".

 

Sportal.az xəbər verir ki, La Liqa klubu "sarı-qırmızılar"ın müdafiəçisi Viktor Nelssonu heyətinə qatmaq istəyir.

 

İlk iki təklifdə rədd cavabı alan "Sevilya" üçüncü dəfə "Qalatasaray"a rəsmi təkliflə müdaciət etməyə hazırlaşır. Əndəlus təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisi üçün "cim bom"a 18 milyon avroluq təklif yollayacaq. "Qalatasaray" müqaviləsində 25 milyon avroluq sərbəstqalma maddəsi olan Danimarka millisinin üzvünü bu məbləğdən aşağı qiymətə satmaq istəmir.

 

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən 7 milyon avro qarşılığında transfer edib. O, Super Liqa klubunun heyətində meydana çıxdığı 46 matçda 1 qol vurub.

Tarix: 8 Avqust [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio