"Turan Tovuz"da ciddi itki: Hücumçu "Qəbələ"yə qarşı oynamayacaq

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edir.


Sportal.az saytının əldə etdiyi məlumata görə, Qərb bölgəsi təmsilçisi bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Tovuz klubunun hücumçusu Natan Oduva komandasına kömək edə bilməyəcək. İngiltərəli forvardın soyuqdəyməsi var.


Qeyd edək ki, "Turan Tovuz" - "Qəbələ" görüşü saat 17:00-da Tovuz Şəhər Stadionunda baş tutacaq.

Tarix: 8 Avqust [15:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio