Stanislav Çerçesov: "Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq"

16:33 - 8 Avqust 2022

Macarıstanın "Ferensvaroş" klubunun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin sabah Budapeştdə "Qarabağ"a qarşı keçiriləcək cavab matçından öncə təşkil olunmuş mətbuat konfransında iştirak edib. 

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis sabah oynanılacaq matçla bağlı bunları deyib:

"Qarabağ" çox yaxşı hazırlıqlı komandadı. Artıq UEFA-ya təqdim etdiyimiz iştirak ərizəsini dəyişdirə bilmərik. Ona görə də heç bir dəyişiklik yoxdu. Henri Vinqo isə sabah olmayacaq. Amma o, artıq komanda ilə birlikdə məşq edir. Liqadakı növbəti oyunumuza hazır olacaq. Siyahıda Rayan Mmae var, amma Azərbaycana daxil olmaq üçün tibbi qaydalara görə ilk oyuna bizimlə gələ bilmədiyindən ikinci komandamızda çıxış edib. O, sabah ehtiyat oyunçular skamyasında olacaq və inanırıq ki, Rayan bizə kömək edə biləcək.

İlk oyunda zədələnən Mats Knuster dünən komanda ilə artıq məşq edirdi. Sami Mmae isə hələ də ayrıca hazırlaşırdı. Onları matça hazırlamaq üçün 24 saatımız var.

İlk oyundan kifayət qədər vaxt keçdiyinə görə, eyni oyunu saxlamaq üçün yüksək konsentrasiyaya ehtiyacımız var. "Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq. Əvvəlkilər üzərində dayan bilmərik. Təbii ki, ən başlıcası qələbə qazanmaqdır. Topu daha çox özündə saxlayan komandanın mütləq qalib gələcəyini düşünmək də doğru deyil".

​(Nemzeti Sport)

Xəbər xətti