Renat qol vurdu, komandası lider oldu - VİDEO

22:29 - 13 Avqust 2022

İsveçrə Super liqasında V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Qrashoppers" səfərdə "Sion"un qonağı olub. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Renat da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. O, 63 dəqiqədə komandasının ikinci qolunu vurub.

 

Xallarını 9-a yüksəldən "Qrashoppers" İsveçrə Super Liqasının lideridir.

 

Xəbər xətti