"Fənərbaxça" və "Porto"nun sabiq futbolçusu: "Böyük qardaşım Azərbaycanla bağlı qərar verməyimdə mənə çox kömək oldu"

“Sabah”ın yeni transferi Abdulaye Ba Sportal.az saytına müsahibə verib. “Porto”, “Fənərbaxça” klublarında oynamış seneqallı Azərbaycana gəlişindən və bu komandadakı çıxışından danışıb.

- "Sabah" Premyer Liqanın ikinci turunda "Zirə" ilə qarşılaşdı və qalib gəldi. Matç haqda fikrin necədi?
- Bu, asan oyun deyildi. "Zirə" yaxşı komandadı və yaxşı oyunçuları var. Bu, sadəcə başlanğıcdı və biz məşqçi, ümumi heyət tərəfindən qurulan layihəyə davam edirik. Son görüşdəki qələbəyə və ağır işimizə görə bütün komanda yoldaşlarımı təbrik edirəm.

- Komanda artıq iki turdur ki, qalib gəlir. Geridə qalan turlarda komandanın göstərdiyi oyun barədə nə düşünürsən?
- Çempionata bu cür başladığımıza görə fəxr edirəm və bundan razıyam. Dünyada komandanın daim qalib gəldiyi idman növü yoxdu.

- "Sabah"ın nəyə qadir olduğunu artıq gördün. Səncə, komanda bu mövsüm hansı nəticəni göstərə bilər?
- Aramızda necə əlaqə yarada biləcəyimizi görməyə çalışırıq. Matçlarda qalib gəlməyin ən yaxşı yolu budu. Biz də ona görə bunu edirik. Əlbəttə ki, qələbə qazanmaq futbolçuları motivasiya edir. Burada yaxşı atmosfer var və bu daha yaxşı nəticələr əldə etməyimizə kömək ola bilər. 

- Azərbaycan futbolu haqda məlumatın var idi?
- Düzü, şübhələrim var idi. Çünki əmin olmayannda şübhə edirsən. Amma bu, cəmi yarım gün, bir neçə saat davam etdi. Əlavə olaraq, əvvəllər Azərbaycanda oynamış böyük qardaşım, Pape Samba Ba ilə danışdım. O, mənə Azərbaycanla bağlı qərar verməyimdə mənə çox kömək oldu.

- “Porto”, “Fənərbaxça”, “Rayo Valekano” kimi klublarında oynamısan. Məhz bu cür klublardan sonra Azərbaycana gəlişin necə şərh edərdin?
- İcraçı direktorumuz və prezidentimiz peşəkar, təvazökar bir yanaşma ilə bu çağırışa olan həvəslərini mənə çatdırdılar. Həqiqətən də mənimlə obyektiv, dürüst və səmimi idilər, məndə bu işə həvəs hiss etdirdilər. Yanaşma tərzləri məni heyran etdi.

- “Sabah” növbəti turda “Neftçi” ilə üz-üzə gələcək. Bu matç və rəqib barədə fikrin necədi?
- Biz yalnız özümüzdən asılıyıq. Birlikdə çox güclü müdafiə olunmaq əsasdı. Lakin bu kifayət deyil, həm də hücumda daha çox axıcılığa ehtiyacımız olacaq. Qalanı isə öz-özünə gələcək. Çünki detallar üzərində oynayacağıq. 

Mirbağırağa

Tarix: 15 Avqust [11:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio