"Mançester Siti" Bernardo üçün 100 milyon avro tələb edir

18:54 - 15 Avqust 2022

"Mançester Siti"nin Bernardo Silva üçün tələb etdiyi məbləğ məlum olub.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi üçün 100 milyon avro tələb edir. "Şəhərlilər" "Barselona"nın transfer siyahısında olan 28 yaşlı futbolçunu bu məbləğdan aşağı satmaq niyyətində deyil.

 

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü son mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 50 matçda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti