"Qəbələ"nin müdafiəçisinin çarpaz bağları qopdu: 6 ay oynamayacaq

19:16 - 15 Avqust 2022

“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

 

Sportal.az xəbər verir ki, Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədovun durumuna aydınlıq gəlib. Müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. Əhmədov yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.

 

Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər. 

Xəbər xətti