"İnter" Ronaldonu transfer etmək istəməyib

10:29 - 16 Avqust 2022

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "İnter" və "Milan" klublarına təklif edilib.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, təklif "Mançester Yunayted"in özündən gəlib. 

Amma Milan təmsilçiləri portuqaliyalıdan imtina edib. Forvard Çempionlar Liqasında iştirak edən kluba keçmək niyyətindədi.

Hazırda Ronaldonun "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqla münasibətinin yaxşı olmadı bildirilir. 

Xəbər xətti