Çempionlar Liqası: Qrup mərhələsinin püşkatma tarixi məlum oldu

20:31 - 16 Avqust 2022

Çempionlar Liqası 2022/2023 mövsümünün qrup mərhələsinin püşkatma mərasiminin baş tutacağı vaxt məlum oldu.

 

Sportal.az xəbər verir ki, tədbir avqustun 25-də Türkiyənin İstanbul şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Məlumatı UEFA-nın mətbuat xidməti yayıb.

 

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubunu mübarizədən kənarlaşdırsa, ÇL-in qrup mərhələsində iştirak edəcək.

Xəbər xətti