Braziliya millisinin baş məşqçisi: "Bizdə Azərbaycan kimi asan rəqib yoxdu"

16:55 - 16 Avqust 2022

Braziliya milli komandasının baş məşqçisi Tite ESPN kanalına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Fransa yığmasının hücumçusu Kilian Mbappenin DÇ-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin asan olması ilə bağlı fikrinə münasibət bildirib:

 

"Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. O, belə şeylərin çətinliyi haqda məlumatlı deyil, heç axtarmayıb da. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur".

Xəbər xətti