Çexiyanın "Viktoriya" klubu Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Plzen təmsilçisinin müdafiəçisi Yan Kopiç açıqlama verib:
- Altı il öncə bu stadionda oynamışdınız. Təəssüratlarınız necədi?
- Çox yaxşı yadımdadı hər şey. Stadionun vəziyyəti çox yaxşı idi. Burada uğurlu nəticə qazanmışdıq. Yüngül zədəm olsa da, 90 dəqiqəni oynamaq elə də çətinlik yaratmayacaq.
- Altı il əvvəl burada oynayanda böyük basqı var idi sizə. İndi də elə atmosfer gözləyirsiz?
- "Qarabağ" altı il öncəki yenə oyunu nümayiş etdirir. Oyun stilləri dəyişməyib. Hücumameyilli oyunçulardan daha çox istifadə edirlər. Çalışacağıq ki, yaxşı müdafiə olunaq və müəyyən şanslar olanda bundan istifadə edək.
- Altı il əvvəl bəxt sayəsində "Qarabağ"ı keçə bilmişdiniz. Bu fikirlə razısan? Səncə, sabah da bəxt sizin tərəfinizdə olacaq?
-Bəli, yadımdadı, şans nəticəsində qalib gəlmişdik. Amma sabahkı oyunda şansa o qədər ümid bəsləmək istəmirik. Öz oyunumuz və texnikamızla qalib gəlmək istəyirik.
Mirbağırağa
saytlarin hazirlanmasi