İslamiada: Azərbaycan üçün daha bir qızıl

20:55 - 16 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülük yarışlarında ilk qızıl medalını qazanıb.

Sportal.az xəbər verir ki, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə göstərərək ilk pilləni tutub. 

Qadın üzgüçümüz Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafədə batterflay üsulu ilə üzmədə yarımfinalda 01:01.28 saniyə nəticə göstərərək ilk pilləni tutaraq finala adlayıb. 

Xəbər xətti