Məşhur alman futbolçu "Qarabağ"ın oyununda ekspert olacaq

13:11 - 31 Avqust 2022

Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteus yerli RTL telekanalında çalışacaq.

Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis futbol eksperti kimi fəaliyyət göstərəcək.

RTL Almaniyada Avropa Liqası və Konfrans Liqasının oyunlarının teleyayım hüquqlarını satın alıb. Telekanalın ilk yayımı sentyabrın 8-də keçiriləcək "Frayburq" – "Qarabağ" matçı olacaq.

Xəbər xətti