Mahir oynadı, "Dinamo" 3 qolla qazandı

23:52 - 2 Sentyabr 2022

Futbol üzrə Xorvatiya çempionatında VIII tura start verilib.

 

Sportal.az xəbər verir ki. Azərbaycan millisinin üzvü mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" doğma meydanda "Riyeka"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 25 yaşlı hücumçu 77-ci dəqiqədə Dario Spikiçin əvəzinə meydana daxil olub.

 

Xallarını 22-yə yüksəldən "Dinamo" liderliyini davam etdirir. Ante Çaçiçin yetirmələri ən yaxın izləyicisi olan "Slaven"i hazırda 8 xal qabaqlayır.

Xəbər xətti