"Qarabağ" azarkeşlərə biletlə bağlı müraciət etdi

13:21 - 5 Sentyabr 2022

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ilk oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

 

Sportal.az xəbər verir ki, “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlər üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19:00-dan 21:00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

 

Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.

 

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.

Xəbər xətti