Mahirin komandası "Çelsi"ni məğlub etdi - VİDEO

22:43 - 6 Sentyabr 2022

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, E qrupunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su "Çelsi"ni qəbul edib. Matç Xorvatiya klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında olub.

 

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) 1:0

Qol: Mislav Orşiç, 13

 

Xəbər xətti