Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, son görüşündə braziliyalı Antonio Silva ilə qarşılaşan Səmədov onu birinci raundda nokauta salıb. Bununla da "mauqli" kəmərə sahib çıxıb.
Peşəkar karyerası ərzində 113 döyüş keçirmiş 38 yaşlı idmançı 103-də qalib gəlib. Onlardan 38-i nokautla qeydə alınıb.