"Qarabağ" - "Nant" matçına satılan biletlərin sayı açıqlandı

20:57 - 12 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” - “Nant” (Fransa) oyununun biletlərinin satışı davam edir. 

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq bu qarşılaşmaya 21 min bilet satılıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

 

Satış məntəqələri:

 

- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).
 

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək bu görüşə saat 20:45-də start veriləcək.

Xəbər xətti