PFL prezidenti "Qarabağ" rəhbərliyi ilə görüşdü

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovla “Qarabağ” klubunun rəhbərliyi arasında görüş keçirilib.

 

Sportal.az xəbər verir ki, klubun ofisində baş tutan görüşdə PFL rəhbəri ilə yanaşı, idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev də iştirak edib.

 

Elxan Səmədov “Qarabağ” klubunun idarə heyətinin üzvü Fevzi Aras, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərova dəvətə və xoş münasibətə görə təşəkkür edib. Görüşdə Azərbaycan futbolu ilə bağlı planlar, hədəflər müzakirə edilib. Elxan Səmədov ənənə halını alacaq bu tip görüşləri keçirməkdə məqsədlərinin klublarımızı narahat edən məqamlara zamanında müdaxilə etmək olduğunu bildirib.

 

PFL prezidenti öz növbəsində rəsmilərin timsalında “Qarabağ” klubunun hər bir üzvünə ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərinə görə minnətdarlıq ifadə edib.

Tarix: 13 Sentyabr [10:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio