"Qarabağ" - "Nant" matçının VAR hakimləri məlum oldu

11:14 - 13 Sentyabr 2022

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin II turunda "Nant"a qarşı keçirəcəyi oyunun VAR hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, sentyabrın 15-də Bakıda baş tutacaq matçda VAR sisteminə italiyalı referilər nəzarət edəcək. Luka Payretto əsas, Cakamo Paqanessi isə köməkçi olacaq.

"Qarabağ" - "Nant" matçı saat 20:45-də başlayacaq.

Xəbər xətti