"Qarabağ" - "Nant": Mətbuat konfransı və məşqin vaxtı bilindi

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Nant” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, mütəxəssislərin media nümayəndələri ilə görüşü sabah olacaq. 

Əvvəlcə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. Onun konfransı saat 12:30-da olacaq.

"Qarabağ" - "Nant": oyunöncəsi konfranslar

14 sentyabr
12:30 Qurban Qurbanovun mətbuat konfransı
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
19:15 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: “Azersun Arena”

14 sentyabr
17:15 “Nant”ın baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı
18:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

Tarix: 13 Sentyabr [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio