Ozan Can oynadı, komandası səfərdə heç-heçə etdi

Niderlandın I Divizionunda VIII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə "Almere Siti" ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Ozan da bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan 24 yaşlı yarımmüdafiəçi 62-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” 8 oyundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Tarix: 13 Sentyabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio