Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da - FOTO

16:53 - 13 Sentyabr 2022

Avropa Liqasında iştirak edən komandaların son beş matçında göstərdiyi nəticəyə əsasən siyahı hazırlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçisi "Qarabağ" da var. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son 5 matçda 4 qələbə qazanıb, 1 dəfə uduzub. Ağdam təmsilçisi 8-ci sırada yer alıb.

Portuqaliyanın "Braqa", Bolqarıstanın "Ludoqorets" və Macarıstanın "Ferentsvaroş" klubları 5 oyunda 5 qələbə qazanıb və ilk 3 sırada qərarlaşıb.

 

Xəbər xətti