"Bavariya"nın futbolçusu Tomas Müllerin evi qarət olunub.
Sportal.az xəbər verir ki, hadisə Çempionlar Liqası qrup mərhələsinin ikinci turunun "Barselona" ilə matça zamanı baş verib.
Dünən 33 yaşı tamam olan ulduz futbolçunun Münhenin cənubundakı Vettlkam qəsəbəsində yerləşən villasına saat 10 radələrində oğrular girib. Qarətçilər evdən nağd pul, qızıl-zinət əşyaları və qiymətli əşyalar aparıblar. Polis faktka bağlı araşdırma aparır.
Qeyd edək ki, "Bavariya" - "Barselona" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Tomas Müller bu görüşdə 90 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi