Mahir oynadı, "Dinamo" qələbə qazandı

21:37 - 18 Sentyabr 2022

Futbol üzrə Xorvatiya çempionatında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Lokomotiva"nın qonağı olub. Matç Zaqreb təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 90-cı dəqiqədə meydana daxil olub.

 

10 turdan sonra 28 xal toplayan "Dinamo" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Xəbər xətti