Milli komandamızda oynamış Ramazan Abbasov məşqçiliyə başlayıb.
Sportal.az saytına verilən məlumata görə, "Neftçi", "Xəzər Lənkəran", "Bakı" kimi komandalarda çıxış etmiş veteran futbolçu "Səbail"in akademiyasında çalışacaq.
O, akademiyanın U-11 komandasında məşqçki kimi fəaliyyət göstərəcək.
Abbasov yığma komandamızın heyətində 9 oyun keçirib.
