Braziliyalı hücumçu "Qəbələ"nin tarixinə düşdü

17:55 - 19 Sentyabr 2022

“Qəbələ” evdə 450-ci qolunu vurub.

Sportal.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının VII turuna təsadüf edib. “Sumqayıt” üzərində 1:0 hesablı qələbəni rəsmiləşdirən top “qırmızı-qaralar”ın tarixinə öz meydanındakı 450-ci qol kimi düşüb. Qonaqların qapısına braziliyalı Ramon Maçado yol tapıb.

“Qəbələ”nin 450-ci ev qolu 310-cu matçda vurulub. Komandamız Premyer Liqada 308, Azərbaycan kubokunda 71, birinci divizionda 46, avrokuboklarda 25 dəfə qonaqların qapısına yol tapıb.

İlk qol 2005-ci il sentyabrın 21-də I Divizionun “Şərur”la ev qarşılaşmasına təsadüf edib. 8:0 hesablı qələbənin qeydə alındığı görüşdə hesab rəqib futbolçu İlqar İbrahimovun avtoqolu ilə açılıb.

Xəbər xətti