Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Slovakiyanın qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi açıqlama verib:
“Komandada yaxşı atmosfer var. Ümid edirəm, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası rəqibdən qorxmamlıyıq. Son dörd matçda göstərdiyimiz oyuna görə az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik.
Qara Qarayev nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki, qaldı mənim müqaviləmin başa çatmasına, düşünmürəm ki, son iki oyun yekun qərar vermək üçün həlledici olsun. Əlbəttə yekun qərarı AFFA verəcək. Qərar nə olursa, olsun biz əvvəlkitək dost münasibətimizi davam etdirəcəyik”.
saytlarin hazirlanmasi