Millətlər Liqası: Ukrayna Şotlandiyaya uduzdu - VİDEO

00:41 - 22 Sentyabr 2022

UEFA Millətlər Liqasının B Divizionunda Şotlandiya və Ukrayna yığmaları I qrupun ilk turundan təxirə salınmış oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Qlazqoda keçirilmiş görüşdə ev sahibləri qalib gəlib.

Ukraynalılar şotlandların vurduğu üç qolun əvəzini çıxa bilməyib. Bu qələbədən sonra aktivindəki xalların sayını 9-a çatdıran Şotlandiya qrupda liderdi. Ukrayna isə 7 xalla ikincidi.

21 sentyabr

Şotlandiya - Ukrayna - 3:0
Qollar:
C.Makqin, 70, L.Dayks, 80, 87

Xəbər xətti