Millimiz Slovakiyanı məğlub etdi - YENİLƏNİB

00:38 - 23 Sentyabr 2022

Milli komandamız bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Slovakiyanın qonağı olacaq.

Bakıdakı oyunda rəqibinə 0:1 uduzan yığmamız səfərdə revanş almağa çalışacaq.

Millimiz qalib gələcəyi təqdirdə, ikinci pilləyə yüksələ bilər.

22 sentyabr

22:45. Slovakiya – Azərbaycan 1:2

Qol: Erik Yirka, 90+3 (pen) - Renat Dadaşov, 44, Höccət Haqverdi, 90+4

Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
​Trnava. Anton Malatinski stadionu

 

Slovakiya: 1. Marek Rodak, 7. Kristian Vallo, 5. Lübomir Şatka, 14. Milan Şkrinyar (k), 16. David Hançko, 21. Matuş Bero, 22. Stanislav Lobotka, 8. Laslo Beneş, 17. Martin Reqali, 9. Robert Bojenik, 18. Erik Yirka

 

Baş məşqçi: Françesko Kaltsona

 

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin CƏfərquliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 6. Höccət Haqverdi, 21. Ozan Can Kökçü, 20. Riçard Almeyda, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

 

Baş məşqçi: Canni De Byazi

Xəbər xətti